Şəkidə zəncirvari qəza olub

Şəkidə zəncirvari qəza olub
 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, hadisə bu gün səhər saat 09:35-də Şəki şəhəri M.Müşviq küçəsində qeydə alınıb. 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 37 yaşlı şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.

Paralel.az

0.016165971755981