Göydə 1 milyard manat pulumuz var - Osman Gündüz

Göydə 1 milyard manat pulumuz var - Osman Gündüz
 


Azərbaycanın üç peyki var. İlk peykin orbitə qaldırılmasından 7 ildən çox zaman keçib.

Peyklərin ikisi telekommunikasiya, biri isə müşahidə funksiyasını həyata keçirir. Üç peykin hazırlanması və orbitə qaldırılmasına təxminən 1 milyard manat sərf olunub.
Yəni, hazırda, belə demək mümkünsə göydə 1 milyard manat pulumuz var.

Bəs ötən müddət ərzində gəlirlərimiz necə olub ?

İlk telekommunikasiya peykimiz Azerspace-1 –in ömrünün yarısı gedib, onun orbitə qaldırılmasından 7.5 il ötüb.
Azerspace-1 peyki 2013-cü il fevralın 9-da kosmosa göndərilib. Peykin ömrünün 15 il olacağı nəzərə tutulurdu.

“Azerspace-1” layihəsinin ümumi dəyəri 233 milyon $ təşkil edib. Bu vəsaitin yalnız 15%-i büdcədən ödənilib.

Azercosmos ötən gün rəsmi olaraq bildirib ki, yarı ömrü gedən Azerspace-1 -ə yatırılan sərmayələrin 55%-i artıq geri qaytarılıb.
Bu nəticəni indiki anda uğurlu hesab etmək olar.
Qurum Azerspace-1-in ömrünün 12-ci ilindən etibarən investisiyaları tam ödəyəcəyini və gəlirlə işləyəcəyini açqlayıb.
Azercosmos əvvəllər bu peykin bütün istismarı müddətində 500-600 milyon dollar qazanacağı haqqında açıqlamalr verib.

Hazırda əldə olunan nəticələr peykin gəlirli olacağını düşünməyə əsaslar versə də, qurumun proqnozlağdırdığı mənfəət elə də real görsənmir.

Azerspace-2 peyki isə 2018-ci ilin sentyabr ayında orbitə qaldırılıb. Layihəyə təxminən 191 milyon $ xərclənib. Ömrünün 15 ildən çox olacağı nəzərdə tutulub.
Son iki ildə bu peykdən 40 mln. $ gəlir əldə olunub.
Azercosmos bu peykin bütün ömrü müddətində 450 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

2014-cü ildə Azercosmos və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin Azərkosmos-un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri 157 milyon avro olub.
Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.

Yeri gəlmişkən, Prezident Azersky peykinin imkanlarından Vətən müharibəsi zamanı xeyli effektiv istifadə edildiyini bildirmişdi.

Azercosmos-un proqnozlarına əsasən, 12 il ərzində “Azersky” peykinin istismarından təmiz gəlir 220 mln $ olacaq. (13 fevral 2021)

Paralel.az

0.013500928878784