Şəhadətin Mübarəkdir, ay ƏLİ!

Şəhadətin Mübarəkdir, ay ƏLİ!
 

Azərbaycanımızın qəhrəman oğlu, Vətən müharibəsində şücaətilə düşmənə qan udduran, qızğın döyüşlərin birində qəhrəmancasına döyüşərək həlak olan şəhid balamız ƏLİ NURU OĞLUNUN məzarını ziyarət elədik. Bütün Azərbaycan şəhidlərinin müqəddəs RUHLARI ÖNÜNDƏ BAŞ ƏYİRƏM! Şəhid ata və analarının əllərindən öpürəm! Cənnətdə keçən ilk mövludun mübarək, ŞƏHİDİM!

Şəhadətin Mübarəkdir, ay ƏLİ!

And yerimsən, ocağımsan, pirimsən,
Nur üzlümsən, birdənəmsən, birimsən,
Bunnan belə dil-dil ötən dilimsən,
Sən tanrımın göndərdiyi pay, ƏLİ,
Şəhadətin mübarəkdir, ay ƏLİ!

Vətən adlı ocağımın közü sən,
Ürəyim sən, ciyərim sən, gözüm sən,
Sən qələbə şeirimin özüsən,
Ümman Əli, dəniz Əli, çay Əli,
Şəhadətin Mübarəkdir, ay ƏLİ!

Daşların ən əzizidir, daşa bax,
Aman Allah, bu danışan daşa bax,
Hər oğula qismət olmur yaşamaq,
Ürəklərdə bahar ƏLİ, yay Əli,
Şəhadətin Mübarəkdir, ay ƏLİ!

Sən cavansan, sən qal belə ŞƏHİDİM,
Bizdə qalmaz bu hal belə, ŞƏHİDİM,
Gəl haqqını halal elə, ŞƏHİDİM,
Allahu Əkbər, ya Məhəmməd, ya ƏLİ,
Şəhadətin Mübarəkdir, ay ƏLİ!

Müəllif: Sakit İlkin

Paralel.az

0.01232385635376