Nazirlər Kabinetinin yenilənmiş saytı müraciətlərə qadağa qoyub

Nazirlər Kabinetinin yenilənmiş saytı müraciətlərə qadağa qoyub
 

Nazirlər Kabinetinin yenilənmiş saytı müraciətlərə qadağa qoyub. 
Abstrakt “CAPTCA” müraciətlərin qarşısına sədd çəkib.

Nazirlər Kabinetinə onlayn rejimdə müraciət etməklə Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən müraciət hüququndan asanlıqla yararlanmaq olurdu. Anında müraciətin qəbul edilib – edilmədiyi bildirilir, edilmədikdə problem göstərilirdi. Bir ay olar, NK-nın saytı yenilənib və əvvəlki müraciət səhifəsi dəyişilib. Yeni səhifədə isə müraciətlərə qadağa qoyulub. “Göndər” düyməsini basandan sonra “CAPTCAdan keçə bilmədi” qadağası ilə üzləşməli olan vətəndaşlar yenidən nə qədər çaba göstərsələr də, “CAPTCAdan keçə bilmirlər”. Maraqlıdır ki, əvvəlki formadan fərqli olaraq yenisində heç CAPTCAnın özü görünmür. Düşünmək olardı ki, müraciəti asanlaşdırmaq üçün CAPTCAnı yığışdırıblar. Di gəl, abstrakt CAPTCA müraciətlərin qarşısına “Çin səddi” çəkib. 

Yazdıq ki, Konstitusiya ilə təminat verilən hüquqa süni qadağa aradan qaldırılsın.

Məğrur Bədəlsoy

Paralel.az

0.015344858169556