10 yaşlı qız alçadan zəhərlənərək ölüb

10 yaşlı qız alçadan zəhərlənərək ölüb
 

 

Hadisə Mingəçevirdə, Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. Belə ki, 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb.

2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib.

Faktla bağlı araşdırma aparılır.

0.16858410835266