Beyin yeyən amöb təhlükəsi: yoluxanların 3%-i sağ qalır

Beyin yeyən amöb təhlükəsi: yoluxanların 3%-i sağ qalır
 

ABŞ-ın Florida ştatında bir nəfər beyin yeyən amöbdən ölüb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, səhiyyə rəsmiləri bu şəxsin içməli sudan istifadə edərkən (üzünü yuyan zaman) amöbə yoluxduğunu ehtimal edir.

Belə ki, şəxsin ölüm xəbəri yerli əhalidə qorxuya səbəb olub.

Ştatın səhiyyə işçilərindən biri bildirib ki, amöbün suya necə qarışması araşdırılır.

Səlahiyyətlilər xalqı üzlərini birbaşa içməli su ilə yuyunmamalı olduqlarını deyib.

Bunun əvəzinə təmizlənmiş sudan və ya qaynadıqdan sonra otaq temperaturunda olan sudan istifadə etmək tövsiyə edilir. Bu proses suda olan bakteriyaları öldürür.

Qeyd edək ki, sözügedən amöb növü adətən şirin su mənbələrində, hovuzlarda və göllərdə olur.

Təkhüceyrəli canlı insan orqanizminə burun yolu ilə daxil olduqda ölümə səbəb olur. Lakin ağızdan qəbul edildikdə mədə turşuları amöbü məhv edir.

Amöbə yoluxmuş insanlarda “Primer Amibik Meningoensefalit” (beyin və beynin kəskin iltihabı-red.) adlı xəstəlik inkişaf edir.

Xəstəliyin simptomları baş ağrısı, qızdırma, başgicəllənmə, qusma, istiqamət hissini itirmə, boyun ağrısı, tarazlığın itirilməsi, hallüsinasiyalar və qıcolmalardır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, “Naegleria fowleri” amöbünə yoluxmuş insanın sağ qalma ehtimalı olduqca aşağıdır.

ABŞ məlumatlarına görə, 1962-2001-ci illər arasında xəstəliyə yoluxan 154 nəfərdən yalnız dördü sağ qalıb (təxminən 3%). ABŞ-da hər il orta hesabla üç nəfər bu xətəliyə görə ölür.

 

0.017960071563721