Çingiz Şahbazi: "Bu siyasətin nə qədər haqlı tərəfləri varsa..."

Çingiz Şahbazi:
 

"ABŞ və Fransanın, Rusiya və İranın Azərbaycana qarşı yekdil fikirlə yürütdükləri ikili standartlardan çıxış etmələrinin səbəbi, baxmayaraq ki, müqayisə olunmaz dərəcədə ayrı ayrılıqda fərqli düşərgələrə aiddirlər, Azərbaycanın cəsarətli və açıq şəkildə apardığı şəfaf siyasətdən qaynaqlanır.

Bu siyasətin nə qədər haqlı tərəfləri varsa, bir o qədər də o siyasətə mane olanların oyunlarını pozmaq və qarşısında ciddi müqavimətin olduğunu görməkdəyik. Bütün platformalarda Azərbaycan prezidentinin duruşu və sabit şəkildə yürütdüyü siyasət onu göstərir ki, biz haqlıyıq, düzgün yoldayıq və bu yol Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin bağlanması üçün seçilmiş ən məqbul hesab edilən variantdır, yoldur və siyasət hesab etmək olar.

Həmçinin Cənubi Qafqazda siyasi və iqtisadi baxımdan sabitliyin qarantı kimi bu siyasəti həyata keçirmək ən səmərəli və faydalı sayılmalıdır. Bu siyasət bir tək Azərbaycan üçün yox, həmçinin Ermənistan üçün, Gürcüstan üçün də son dərəcə əhəmiyyətlidir."

Paralel.az

0.095537900924683