Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 

"Praqada Avropa İttifaqı prezidenti Şarl Mişelin missiyası çərçivəsində keçirilən, Azərbaycan və Ermənistan arasında görüşdə əldə olunan razılaşmaları pozmaq və şübhə altına salmaq cəhdləri, Rusiyanın narahatlıqlarından açıq şəkildə ifadə olunmağa başladı. Rusiya sözçüsü Mariya Zaxarovanın bu görüşdən əldə olunan razılaşmalara qarşı qısqanccasına pozucu mövqeyindən öncə, Fransa prezidenti Makronun, Rusiyanın ünvanına, münaqişənin həlli istiqamətində atılan addımlara mane olan tərəf kimi zədə vurmasını dilə gətirməsi və Zaxarovanın da ona sərt cavab verməsi, bu iki ölkənin oyunları birlikdə oynamasından xəbər verdi.

Çünki, Avropa İttifaqı platforması Rusiyanın maraqlarına uyğun olmadığından dolayı, o platformada qəbul edilən hər hansı bir irəliyə doğru müsbət addımı, Rusiya, arxa baxçası hesab etdiyi Cənubi Qafqaza, dolayısı ilə özünə təhlükə və zəiflik əlaməti olaraq qəbul etməsi kimi qiymətləndirmək olar.

Fransa prezidenti Makronun da Praqada dördüncü tərəf kimi iştirak etməsi və guya Ermənistana faydalı olmağa çalışır kimi görüntü sərgiləməsi, əslində isə erməni baş nazir Pasinyana təsir edərək pozuculuq cəhdlərinə səy göstərməsi və sonradan bu prosesin əleyhinə olaraq ziddiyyətli fikirlər səsləndirməsi, açıq şəkildə Fransa prezidenti Makronun Rusiyanın əlinə oyun oynamasını göstərməkdədir.

Makronun başı dərddə olduğunu dunya mətbuatı yazmaqdadır. ABŞ və İngiltərə Fransa prezidenti Makronun yöntəmsiz siyasətini görsə də, hələki, seçkilərə qədər bunu görməzdən gəlmək məcburiyyətindədirlər.Batmaqda olan Putin isə, hələ Avropada çox siyasiləri də özü ilə aparacaq, kimi görünür."

Paralel.az

 
 
 
0.19344091415405