"Qələbə bizim olacaq"

 

Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros prezident Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” sözlərinə cavab verib.

"Paralel.az" xəbər verir ki, Floros "Biz təhlükəni çox ciddi qəbul edirik və lazım gələrsə qalib gəlməyə hazırıq",-deyə bildirib.

Yunanıstanın qeyri-hərbi adaları silahlandırması və bunun ardından Florosun bu açıqlaması Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi daha da artıracaq. 

Yunanıstan müdafiə nazirinin müavini Nikos Hardalias da ABŞ-a 20 ədəd F-35 döyüş təyyarəsi üçün tələb məktubu göndərdiklərini bildirib. "Bu, həm Yunanıstan, həm də NATO üçün fayda verəcək güclü hava donanması yaradacaq bir təyyarədir",-deyə Nikos Hardalias bidlirib.

Yunan Genelkurmay Başkanı'nın tehditleri bitmiyor: Tehdidi çok ciddiye alıyoruz. Ve eğer gerekirse muzaffer olmaya hazırlanıyoruz

Digər tərəfdən, son zamanlar Yunanıstanın ABŞ-ın verdiyi zirehli texnikaları toplayaraq qeyri-hərbi statusa malik Sakız adasında təlimlər keçirdiyi aşkar olunub. Eyni zamanda ABŞ-ın Afinadakı səfirliyi ABŞ-ın ilin sonuna qədər Yunanıstana 1200 işlənmiş zirehli maşın göndərməyi planlaşdırdığını açıqlayıb.

0.037518978118896