Kamalə Abiyeva: "Əylislini oxumağa marağım yox idi"

Kamalə Abiyeva:
 

Bir vaxtlar Əkrəm Əylisli məşhurlaşırdı. Evimizdə o dövrün bütün yazıçılarının kitabları vardı. Əylislini oxumağa marağım yox idi nədənsə. Amma "Adamlar və ağaclar"ı aldım. 1-2 səhifə oxudum. Və daha heç vaxt onu oxumadım. Kitabı da sonralar kiməsə verdim. Bir də "Daş yuxular" qalmaqalı oldu. Onu da oxumadım. Kütləvi kitabların yandırılmasını bir az sərt də hesab elədim. Amma yanılmışam.

Kitab yarmarkasında imza saatı olub 29-da. Azadlığa müsahibəsinə baxdım. Adam deyir ki, 10 erməni bu kitabı oxusa Azərbaycan xalqına nifrət etməyəcək. Mən xalqı 10 erməninin nifrətindən xilas etdim. Və kitabları yandıranlar xalq deyildi, kütlə idi və s. Lap təhqir etdi anlayanları. Əl də çaldılar. Kütlə o əl çalanlardı, kitab imzalatdıranlardı. Özü də heç bizim kütlə də deyil. Ermənilərin sevgisinə möhtac olan kütlədi.

On illər, yüz illərdi ermənilərin həyasızlığına minlərlə qurban vermişik, bu qədər torpaq itirmişik, qaçqın, köçkün olmuşuq. Heç vicdanı sızlamadımı görən? 2020-ci ilin 29 sentyabr tarixinə baxıbmı görən Əkrəm Əylisli və onu alqışlayanlar? Necə oğullar canını verib? Mən ondan başqa münasibət gözləmirdim. Artıq Azərbaycan vətəndaşı da hesab ermirəm. O görüşə gedənlərə mat qaldım. Ümumiyyətlə bunu təşkil etmək bütün xalqa təhqir idi. Orda iştirak etmək də, o yarmarkaya getmək də satqın olmaqdı. Göz yaşlarında boğulun sizi. Biz elə belə düşünənlər üzündən bu gündəyik.

Ermənilərin sevgisinə möhtac qalmayın, çox uzaq deyillər.Gedin və sevin.
Yəqin siz qələbəmizə yas tutursuz. Sizinçün şəhidlər düşməndi. Ermənilərin sevgisi azalacaq axı...
orda olanların 1 və ya 2-sini tanıdım. Məni görəndə salam verməyin. Hələ adını da Milli kitab sərgisi qoyublar. Əsil xəyanət sərgisi oldu.

Paralel.az

0.019060850143433