Zelenskinin ofisi sülh planının təfərrüatlarını açıqladı

Zelenskinin ofisi sülh planının təfərrüatlarını açıqladı
 

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi sülh planının təfərrüatlarını açıqlayıb.

Paralel.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, plan münaqişə bitdikdən sonra Kiyevə dəstək də daxil olmaqla beş bənddən ibarətdir.

İlk dörd bəndin icrasının oktyabr-dekabr ayları üçün nəzərdə tutulduğu, beşinci bəndin isə münaqişənin başa çatmasından sonra ölkəyə dəstəyi ilə bağlı olduğu bildirilir.

Nəşrin həmsöhbəti təsdiqləyib ki, yeni silahların verilməsi və Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı da sənəddə qeyd olunub.

 

0.023194074630737