Bu ölkədə futbolçuları daşıyan avtobus aşdı, ölənlər var

Bu ölkədə futbolçuları daşıyan avtobus aşdı, ölənlər var
 

Braziliyada Amerika futbolu komandası “Coritiba Crocodiles”in üzvlərini daşıyan avtobus aşıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, çempionat matçı üçün Rio-de-Janeyroya yollanan komandanın 3 futbolçusu həlak olub, 6 nəfər isə yaralanıb.
Sosial şəbəkələrdə həlak olan futbolçuların Daniel Kross, Lukas Barros və Lukas Padilha olduğu açıqlanıb. 
Yaralılara xəstəxanada tibbi yardım göstərilib.
Qəzanın səbəblərinin araşdırılacağı bildirilib. 

Bədbəxt hadisəyə görə çempionat matçı ləğv edilib.

Qəzadan sonra liqa rəhbərliyi tərəfindən veriləcək qərarlar və təhlükəsizlik tədbirləri maraqla gözlənilir.

 

0.013170003890991