Yağışlı hava ilə əlaqədar yolda sürət həddi endirilib
Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Xətai rayonu Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə “Paralel.az ”a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.