Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
 

Astanada (Qazaxıstan) 24-26 sentyabr tarixlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Paralel.az bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 24-də “Füzuli-530” kitabının təqdimatı və etno-caz konserti keçiriləcək.

Bundan əlavə, sentyabrın 25-də Qazaxıstan və Azərbaycanın milli kitabxanaları arasında memorandum imzalanacaq, həmçinin “Azərbaycan incəsənətinin inciləri” adlı sərginin açılışı və rəqs ansamblının konserti olacaq.

Sentyabrın 26-da Azərbaycanın müasir incəsənəti və Tomris ikonoqrafiyası mövzusunda mühazirələr keçiriləcək.

K.Kuanışbayev adına Milli Musiqili Dram Teatrında keçiriləcək qala-konsert Mədəniyyət Günləri çərçivəsində əsas tədbir olacaq. Konsertdə Azərbaycanın xalq artistləri çıxış edəcəklər.

 

0.015373945236206