Mərkəzi Bank 2 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank 2 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsini cərimələyib
 

Azərbaycan Mərkəzi Bankı (AMB) “Delta Capital" MMC-nin və "Meta-Kapital" MMC-nin vəzifəli şəxsini cərimələyib.

Bu barədə Paralel.az AMB-yə istinadən xəbər verir.

Məluamata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "Meta-Kapital" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Delta Capital" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilib.

 

0.026340007781982