Volodin Bakıya niyə gəlmişdi?
Siracəddin Hacı:
"- Volodin Rusiya Dövlət Dumasının sədridir, SSRİ-nin bərpasının alovlu tərəfdarlarının biridir, şovinistdir, Rusiya ağa, başqaları kölədir anlayışına sahibdir;
- O, Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarında saxta referendum keçirdiyi dönəmdə Bakıya gəldi, Azərbaycanın bu referendumu tanımasını, ya da susmasını, münasibət bildirməməsini istədi;
- Azərbaycan bu saxta referendumu nə tanımalı, nə də susmalıdır, açıq biçimdə rədd etməlidir, ən azı ona görə ki, Rusiyanın bir gün Qarabağda referendum keçirməyəcəyinin təminatı yoxdur;
- Volodin deyir ki, Azərbaycandakı rus məktəblərini Rusiya standartlarına uyğunlaşdıracağıq, yəni bu məktəbləri Rusiyanın ağalığını qəbul edən nəsillər yetişdirəcək vasitəyə çevirəcəyik;
- Onu deyim ki, artıq təhsildə, elmdə Rusiya standartı adlı bir şey yoxdur, Azərbaycanın Ana Yasasına görə Azərbaycanın dövlət dili Azərbaycan dilidir, ancaq Azərbaycan təhsili ikidillidir, təhsil müəssisələrinin üçdə biri rus dillidir, dövlət vətəndaşlardan topladığı vergilər hesabına rus dilində pulsuz təhsil verir;
- Bu hala son qoyulmasa, Azərbaycanın gələcəyi üçün böyük təhlükələr ortaya çıxacaq;"
Paralel.az