İctima nəqliyyatda sürücü çatışmazlığı var?

İctima nəqliyyatda sürücü çatışmazlığı var?
 

Sumqayıtda yeni yaşayış kompleksinin sakinləri şəhərin mərkəzinə getmək üçün hər gün çox əziyyət çəkməli olurlar. İstifadədə olan marşrut xəttində avtobusların sayı o qədər azdır ki, vətəndaşlar 40-60 dəqiqə dayanacaqda gözləməli olurlar. Avtobus gələndə isə minmək müşkülə çevrilir. Həmçinin şəhər daxilində fəaliyyət göstərən 30 saylı marşrut avtobus sərnişinləri pik vaxtlarda saatlarla dayanacaqda gözləməli olduqlarını bildiriblər. 
Bu problemlərin yaranmasına səbəb aydın məsələdir ki, avtobuslar arasında intervalın böyük olmasıdır.

Sözügedən marşrut xətləri  Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır.
"Sumqayıt Nəqliyyat-1" MMC-dən bildirib ki, problemin səbəbi sürücü çatışmazlığı idi. Nəticədə bəzi avtobuslar qarajda qalıb və xəttə buraxılmırdı. 30 saylı marşrut avtobusda 6 nəqliyyat vasitəsini xəttə buraxırdıqsa, artıq sentyabr ayından 10 avtobus işləyir. İntervallar qısaldılıb və 30 saylı marşrutda gecikmə problemi həll edilib. Həmçinin 12 saylı marşrut xəttində də avtobusların sayını artırmışıq. Yay aylarında 3 avtobus işləyirdisə, hazırda 5-6 avtobus xəttə buraxılıb. Ümumiyyətlə, bütün xətlər üzrə nəqliyyat vasitələrinin sayını artırmışıq, intervallar isə azalıb. Avtobuslarda pik saatlarda olan gecikmələr və sıxlıqlar aradan götürülüb.
Xədicə Səxavətqızı
Mənbə: Xeberle.com

Paralel.az

0.019198894500732