Peyğəmbərdən mesaj gəldi: – Ruhun fəlsəfəsi budur

Peyğəmbərdən mesaj gəldi: – Ruhun fəlsəfəsi budur
 



Yadınızdadırsa ötən yazılarımdan birində İmam Mehdi Əleyhissəlamdan mesaj alan bir dostum barədə yazmışdım. İmamın onun vasitəsi ilə ötürdüyü kodlaşdırılmış mesajı (“Cümə” surəsindəki hikməti) sizlərə şərh etmişdim (bax: https://paralel.az/az/article/307261  ).
Həmin dostuma indi də Həzrət Peyğəmbərimiz (Cəmi peyğəmbərlərə və onları sevənlərə Salam olsun!) yuxuda nazil olaraq bir neçə hikmət öyrədib; tapşırıb ki, bunları insanlara çatdır. O da təbii ki, həmişə olduğu kimi yuxularını mənə danışdı və yayılmasını məndən xahiş etdi (adının çəkilməməsi şərti ilə). Bu yazımızda onlardan birini – ruhun hikmətini oxuculara çatdıracağıq (qalanlarını da digər yazılarımızda şərh edəcəyik).
Öncə qeyd edim ki, ruh barədə insan oğlu çox az biliyə malikdir. Çünki, bu barədə Quranda yetərincə məlumat verilmir. Rəbbim buyurur ki, ruh Allahın sirridir. Dostumun qəbul etdiyi mesaj ruhun hikmətlərindən bəzilərini üzə çıxarır və onu dərk etməyimizə imkan yaradır. Bu mənada Peyğəmbərimizin açıqlamasının çox önəmli olduğunu nəzərə alıb, onu insanlara çatdırmağımız vacibdir.
Dostum danışır ki, yuxuda gördüm insan formasında dörd nur gəldi. Bu dörd nurdan birinin içindən Həzrət Peyğəmbərimiz çıxdı. Mənə Salam verərək, dedi sənə ruhun fəlsəfəsini öyrədəcəm. Bundan sonra sol əlində yanmayan adi bir elektirik lampası tutdu. Dedi bu ruh misalındadır. Sağ əlində (ovcunda) isə, nur vardı. Həmin nurdan bir qədər atdı sol əlindəki yanmayan lampanın üzərinə. Bu vaxt lampada hərəkətlənmə yarandı və işıqlanmağa başladı. İşıqlandıqca lampanın ətrafında güclü bir nur (işıq) dalğası fırlanırdı. Fırlandıqca da ətrafa işıq saçırdı. Sonra Peyğəmbərimiz sağ əlindəki nurdan lampanın üzərinə biraz daha atdı; lampa daha çox nurlandı...
Qurbanolduğum dedi bax ruhun fəlsəfəsi budur: Rəbbim bu lampadan (ruhdan) hamıya verib. Ancaq bu sağ əlimdəki nurdan hamıya vermir. Kimlər ki, Allaha sidq ürəklə bağlanaraq, Yaradanı zikr edir, gözəl işlər, gözəl əməllərlə məğul olur, gözəl əxlaqa sahibdir, onların ruhuna Öz nurundan çiləyir və ruh nurlanaraq, ətrafa işıq saçır... (digər adamlarda isə “lampa” sönük qalır).
Bizim şərh: Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Allah Kainatı fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə edir. İlahi sistemdə enerjinin (nurun) mənbəyi Allahdır. Hansı insan ki, gözəl əxlaqa, mənəviyyata sahib olub, cəmiyyətə xeyir verən əməllərlə, savab işlərlə məşgul olur, onların ruhları cilalanır və parlaqlığı artır. Onlar ətrafa gümüşü işıq saçırlar. Bu şəxslər Ali Enerji (Nur) Mənbəynə qoşula bilirlər. Allah onları nurlandırır (işıqlandırır). Allah bəndələrinə etdiyi yaxşılığı (şəfanı, ruzini və s) həmişə belə şəxslərin vasitəsi ilə edir. Bunlar cəmiyyətin mayaklarıdır; onlara üz tutanlar yolun azmazlar. Cəmiyyət belə şəxslərdən birini özünə rəhbər seçərsə, həmişə sülh-əminamanlıq içində yaşayar, torpağın bərəkəti artar, dəryalar insanlara bol ruzi verər.
Haram yeyən, günah işlərlə məşğul olan adamlar isə, Allahdan (Ali Enerji Mənbəyindən) kənar düşürlər (əlaqələri kəsilir) və Onun nurundan faydalana bilmirlər. Belələrindən cəmiyyətə ancaq ziyan gələr. Allah zülmü belə şəxslərin əliylə göndərər. Belələrini yüksəldən cəmiyyətlər qaranlığa qərq olar və orada heç vaxt bərəkət olmaz (orpağın bərəkəti çəkilər, dəryalar (ruzi mənbələri) quruyar).
Fəxri-Kainat Peyğəmbərimizin göstərdiyi təcrübənin elmi izahı budur. Bu hikməti dərk edərək, haramdan, günahdan uzaq durub, ancaq gözəl əməllərlə məşğul olmalıyıq ki, Allah Öz nurundan bizlərə də pay versin və insanlara etdiyi yaxşılığı bizim əlimizlə versin.
Söz ardı: Həzrət Peyğəmbərimizin bu mesajını paylaşaraq, insanlara çatdırmaq da savab əməl sayılır və sizlər bunu etməklə, Allaha xoş gedən əməl etmiş olarsınız.

(ardı var)
Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi

Paralel.az

0.02420711517334