"Xəstəliklərin bir çoxu tənhalıqdan yaranır"
"Siğə mollaların uydurduqları bir üsuldur"
"Xəstəliklərin bir çoxu tənhalıqdan yaranır"
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» “Quran”, 30:21
Son dövrlər psixoloq olaraq apardığım araşdırma və müşahidələr belə qənaətə gəlməyə əsas verdi ki, insanların (özəlliklə də qadınların) tənha yaşaması stress, əsəb gərginliyi yaradır ki, bu da onlarda erkən qocalmaya və bir çox daxili xəstəliklərin yaranmasına səbəb olur. Və bir hikməti də aşkar etdim ki, bütün bunlar insanların YARADILIŞ QANUNLARINA riayət etməmısindən doğur. Yəni, Allah insanı (cinsləri) yaradarkən onların yaşam tərzini müəyyənləşdirən qanunlar (qaydalar) müəyyən edib. Necə ki, alimlər icad etdikləri texnikanın işləməsi üçün teniki pasport deyilən bir kitab yazırlar.
Çox təssüf ki, bu gün insanlarımız məişət cihazlarında problem yaranmaması üçün onların texniki pasportlarına ciddi riayət etdikləri halda, öz “texniki paspor”tlarına – “Quran”a bir dəfə də olsun nəzər salmırlar və onun göstərişlərinə uyğun yaşamırlar. Bu da onlarda stresin, əsəb gərginliyinin, nəticə etibarı ilə də bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Məsələn, Allah-təala “Quran”da buyurur ki, boşanan qadınlar üç aydan, əri rəhmətə gedənlər isə, dörd ay on gündən (3 ay + 40 gün = 130 gün) sonra ərə getsinlər:
“Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib, gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz”. “Quran”, 2:228
“Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün başqa ərə getməyib özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!” “Quran”, 2:238
Gəlin görək bu gün bu tapşırığa əməl edən varmı? Bir çox hallarda həmin qadınların uşaqları olduğundan ya özləri könüllü, ya da ətrafdakıların təzyiqi ilə təkrar ailə qurmurlar. Beləliklə də tənhalığın və həyatlarındakı çatışmazlığın stresin yaşayırlar. Nəhayətdə bir çox psixi və daxili xəstəliklərin yaranmasına və erkən qocalmaya səbəb olurlar.
Yaxud, onlardan bəziləri öz bioloji təlabatlarını kənarda (zina yolu ilə) ödəməyə çalışırlar. Bu halda da həyəcan, stress və qazanılan günahlar insanı mənən çökdürür və ümumilikdə cəmiyyətin mənəvi aşınmasına, çökməsinə gətirib çıxarır (indiki kimi).
Araşdırmalarımız göstərir ki, bütün bu anormallıqların kökündə qanunların düzgün tərtib olunmaması (yaradılış qanunlarının nəzərə alınmaması) dayanır. Belə ki, qanunverici orqanlarımız heyvanlar haqqında qanun qəbul edərkən, onların bütün xüsusiyyətlərini (balalama dövrü, ovlama dövrü və s.) nəzərə aldıqları halda, insanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər nəzərə alınmır.
Belə ki, bildiyimiz kimi, bütün dövrlərdə və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən daim üstün olur. Bundan əlavə isə, qadın cinsindən olanlar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa can atırlar (və yaxud bioloji təlabatlarını ödəməyə meyilli olurlar). Qadınlarda hətda 70-80 yaşda da ailə qurmaq şansı yaranarsa, bu onlarda problem yaratmır (fiziki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, bu belə deyildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl edirlər (əgər maddi imkanları yol verirsə). 65 yaşdan sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hallarda mümkün olur. Bütün bu və digər (kişilərin ruzi dalıycan, hərbiyə və s. getmələri) faktları nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qurmaq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında ən azı üç-dörd dəfə fərq olur. Yəni, hər kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə də hər şeyi qabaqcadan görən və problemləri nəzərə alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər qadınla evlənməyə icazə verir:
“...sizə halal olan (bəyəndiyiniz) qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.” “Qadınlar” surəsi, 3-cü ayə.
Təəssüfləndirici haldır ki, qanunverici orqanlar bu yaradılış qanunlarını nəzərə almırlar. Nəzərə alsaydılar hər halda cəiyyətimizdə bugünkü anormallıqlar - fahişəlik, zinakarlıq, qadın ticarəti və s. yaşanmazdı.
Oxucuda sual yaranacaq ki, parlamentlər niyə bu yaradılış qanunlarını nəzərə almırlar?
Araşdırmalarımız göstərir ki, dünyada qadın ticarətinə nəzarət edənlər Avropada oturan və beynəlxalq fondlara rəhbərlik edən masonlardır (!). Onlar demokratiya adı altında ikinci, üçüncü qurup ölkələrin parlament seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından istifadə edərək birbaşa idarəçilərə təsir etməklə, qanunların yaradılış qanunları ilə uzlaşdırılmasına (uyğunlaşdırılmasına) heç vəclə imkan vermirlər. Çünki, bu halda “tələblə təklif” bərabərləşər, qadın artıqlığı yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük zərbə dəyər.
Ona görə də beynəlxalq fondlara (Hansı ki, bu fondların əsas gəlir mənbəyi qadın ticarəti, insan alveridir.) rəhbərlik edən masonlar müəyyən qədər pul xərcləyib bir çox dövlətlərin qanunverici və idarəedici orqanlarında öz adamlarını yerləşdirirlər və onlar vasitəsi ilə qanunların qəbuluna təsir göstərirlər.
Məhz bunun nəticəsidir ki, Avropa və oradan yönləndirilən (təsir dairəsində olan) dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qadınlarla, yaxud, qadının çoxlu kişilərlə qeyri-rəsmi şəkildə (vətəndaş nigahı adıyla) birgə yaşamasıına icazə verildiyi halda, rəmi (qeydə alınmış) şəkildə buna icazə verilmir. Bu ona bənzəyir ki, ağacdakı meyvəni oğurluq yeyə bilərsən, amma icazəli (rəsmi, halal) yeyə bilmərsən (?). Bu anormallıq deyilmi?
Bunun səbəbi odur ki, yuxarıda qeyd etdiyim kimi, əgər buna rəsmi icazə verilərsə, bekar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarətinə zərbə vurar (!). İndi sizə aydın oldumu ikinci, üçüncü qurup ölkələrə öz fərdi fondundan milyardlarla pul buraxan adamlar bu pulu haradan və necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN!
Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını yaşamaqdayıq. Cəmiyyətimiz əxlaq faciəsi ilə üzləşib. Qadınlarımız rəsmi şəkildə ailə qurmaqda çətinlik çəkdiklərindən, öz bioloji təlabatlarını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində qalırlar. Bu da yuxarıda qeyd etdiyim kimi, stresə, əsəb gərginliyinə və bir çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına, çürüməsinə gətirib çıxarır...
Amma insanlarımız (əsasən də qadınlarımız) nəzərə alsınlar ki, Allah hər bir çətinlikdən çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz kişiylə nigahınıza dövlət qanunları rəsmi icazə vermirsə (qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa əlaqənizi Allahın kitabına uyğun qurun: ən azı iki nəfər etibarlı şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin və üzərinizə şəriətə müvafiq ər-arvadlıq məsuliyyəti götürün. Bu cür nigahı dövlət tanımasa da Allah dərgahında qəbul ediləcək və siz biri-birinizə halal olacaqsınız. Qohum-əqrəba, dost-tanış yanında utanmayacaqsınız. Bu hər halda zinakarlıqdan (günaha batmaqdan, qorxu, həyəcan keçirməkdən) çox yaxşıdır:
“... İçərinizdən iki ədalətli şahid tutun. Siz də ey şahidlər! Allah üçün doğru şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər”. “Quran”, 65:2
Söz ardı: amma, bu məqsədlə heç vaxt siğədən istifadə etməyin. Çünki, siğə mollaların qadın ticarətini nəzarətdə saxlamaq üçün uydurduqları bir üsuldur. Siğədə şahid tutulmadığından bu oğurluq (zina) sayılır və bir qadın eyni vaxtda bir neçə kişi ilə gizli şəkildə əlaqədə olur. Təssüflər olsun ki, bu hal indi çox geniş yayılıb və bunun dinə heç bir aidiyyəti yoxdur. Yuxarıdakı “Quran” ayəsində də buyrulduğu kimi, hər tərəfdən iki şahid tutulmasa o nigah Allah dərgahında qəbul olunmaz və bu zina sayılar.
Paşa Yaqub – həkim, Elmi-lədun bilicisi
Paralel.az