Arzular və ümidlər

Arzular və ümidlər
 
 
 
“Qısa qeydlər” silsiləsindən
Düşünürəm ki, arzular və ümidlər, sadəcə olaraq, oyaq adamların yuxularıdır. İnsanlar onların qanadında Göyə qalxır, amma əvvəl-axır Yerə qayıtmalı olur. Yerdə isə, insanın həyatda uğur qazanması üçün 3 şey lazımdır:
1.Bu insan istedadlı olmalı, öz üzərində işləməyi bacarmalıdır.
2.Onun ölkəsində fəaliyyət azadlığı olmalı, rəqabər mühiti yaradılmalıdır.
3. Dövlət öz istedadlarına dəstək olmalı, onların arxasında durmalıdır.
Siz məni qınamayın, bəzən mənə elə gəlir ki, bəşərin ən istedadlı adamları olan Karl Marks, ya Cek London heç kim heç kimin kitabını oxumadığı, rəqabət mühitinin olmadığı, sosial pilləkanın sındırıldığı Azərbaycanda yaşasaydılar, ən yaxşı halda “Xalq qəzeti”ndə “əməkdaş” işləyirdilər, ya da Feysbukda xatirələr yazırdılar...
Qalib ARİF
0.016556978225708