Məşhur aparıcı millət vəkili ilə evlənir

Məşhur aparıcı millət vəkili ilə evlənir
 

Türkiyədə keçirilən son yerli seçkilərdə İYİ Partiyadan İzmir Böyükşəhər Bələdiyyə Başçı namizədi olmuş, daha sonra İYİ Partiyadan istefa verən İzmir millət vəkili Ümit Özlale “Sözcü” telekanalının aparıcısı Serap Belovacıklı ilə evlənmək qərarına gəlib. 

Medianews.az xəbər verir ki, cütlüyün toy tarixi də açıqlanıb. 

İyul ayında baş tutacaq toy mərasimi ilə Serap Belovacıklı və Ümit Özlale yeni həyata başlayacaqlar. 

İYİ Partiyasının kadrlarından olan və siyasi arenada mühüm addımlar atan Ümit Özlalenin həyatında edəcəyi bu mühüm dəyişiklik ictimaiyyətdə böyük maraqla qarşılanır. 

 

0.02276611328125