Azərbaycan və Türkiyə XİN başçıları görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlərin görüş zamanı hansı məsələləri müzakirə etdikləri hələ açıqlanmayıb.