Aprel ayında bu məhsullar bahalaşıb

Aprel ayında bu məhsullar bahalaşıb
 

Aprel ayında dünyada ərzaq qiymətləri artıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. 

Məlumata görə, 2024-cü ilin aprel ayında təşkilatın ərzaq qiymətləri indeksinin dəyəri 119,1 bənd təşkil edib, bu da mart ayının göstəricisindən 0,3 bənd (0,3%) çoxdur. 

Ən böyük artım ətin qiymət indeksində qeydə alınıb. Mart ayı ilə müqayisədə 1.6 faiz artım olub. 

Bitki yağının qiymət indeksi əvvəlki ayla müqayisədə 0,3 bənd (0,3%) artıb və 13 ayın ən yüksək səviyyəsinə yüksəlib. 

Süd məhsullarının qiymət indeksi isə 123,7 bənd təşkil edib ki, bu da mart ayı səviyyəsindən 0,3 bənd (0,3%) aşağıdır. Taxılın qiymətində də azalma qeydə alınıb. 

Şəkərin qiymət indeksi də öz növbəsində aprel ayında 5,9 bənd (4,4%) azalaraq 127,5 bənd təşkil edib. Qlobal şəkər qiymətlərinin aşağı düşməsi ilk növbədə qlobal tədarükdə gözlənilən artımlar, o cümlədən Hindistan və Taylandda istehsalın əvvəlcədən proqnozlaşdırılandan daha çox olması ilə bağlı olub. 

 

0.018416881561279