Təbrizdə siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirildi

Təbrizdə siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirildi
 

Paralel.az xəbər verir ki, evralın 3-də gecə saatlarında Təbrizdə bir qrup milli-mədəni fəal siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirib.

Fəallar şəhərin müxtəlif məhəllələrində divarlara, keçidlərə və ictimai yerlərə Abbas Lisaninin şəklini və üzərində “Abbas Lisanini azad edin”, “Biz hamımız Lisaniyik” şüarı yazılan afişalar yapışdırıblar.

Qeyd edək ki, son günlər Abbas Lisaninin sağlamlığında yaranan problemlər milli-mədəni fəalların, beynəlxalq insan haqları müdafiə təşkilatlarının narahatlığına səbəb olub.
Akif Nəsirli

0.010233879089355