Bakı Bulvarı - Qalib ARİF
BAKI BULVARI
Əziz dostum, gəldim sənin adına,
Keçən günlər düşdü mənim yadıma.
İstəyirdim, çiçəyini qoxluyam,
Hər daşını yaddaşımda saxlıyam...
Dünyadır - sən bakılı, mən qaxlıyam...
Yadındadır, qızqaytaran vaxtlarım,
Sənin qoynunda qurulan taxtlarım,
Ayla bir yatıb, günlə bir durardım.
Hər gün ömürdən gedir – heç qanardım?!
Cavanlığı mən əbədi sanardım,..
Heyif, həyat keçdi getdi, qocaldım,
Oturub sahildə xəyala daldım...
İmkan olsa, bir ömür borc alardım,
Bakı bulvarında qonaq qalardım,
Gözəllərinə baxardım, baxardım...