İqtisadi artım həmişə rifah gətirmir
Çin fəlsəfəsin sevirəm. Konfutsiyə, Lao-Tsızıya görə yox, fəlsəfi məktəblərinə görə. Çin atalar sözlərindən başlamış fəlsəfi fikir tarixlərinə qədər. Bir Çin atalar sözünü iqtisadiyyatla bağlı önləyici tədbirlərdən bəhs edəndə mühazirələrimdə tez-tez istifadə edirəm: "Arxlarınızı hava quraqlıq olanda təmizləyin."
Biz isə neft pulları sel kimi gələndə sel əleyhinə tədbirlər haqqında düşünmədik. 2012-ci ildə Kür daşqınları oldu, 300 milyon manatdan çox zərər dəydi və sonra onun haqqında düşündük.
Ötən günlər Bakıda yağış yağdı və fəlakəti gördük. Kanallar suyu tənzimləmək gücündə olmadı. Çünki tənzimlənməyə xərcləməli olduğumuz pulları idman, musiqi tədbirlərinə xərclədik.
Bakıya xərcləməli olduğumuz pulları Bakıya gələn qonaqların ağırlanmasına xərclədik. Amma Bakını və bakılıları unutduq.
Başqa bir fikirlərin bəəyndiyim türkiyəli iqtisadçı Ege Cansen çox dəqiqliklə bir konuyu belə anlatmışdı:
“İqtisadi artım həmişə rifah gətirmir. Misirdə piramidalar tikiblər, bu qədər əziyyətlə su kanalını açsaydılar, misirlilər daha abad olardı. O tarixdə milli gəlir ölçülsəydi Misirin milli gəlirləri çox yüksək olardı. Onlar nə ediblər? Fironlara məzar."
Yaşamış insanlara yox, yaşayacaq insanlara pul xərcləyin, dəyər qatın. Rifahını düşünün. Həyat keyfiyyətlərini artırın.
Bir iqtisadçı olaraq Bakının yağışı ilə müqayisəmi ərz etdim...
Oturub yaralarımıza əbədi baxa bilməməliyik....
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Paralel.az