Var - sərvət insanı doğrudanmı qudurdur, lovğa, ədalətsiz,oğru edir?  

Var - sərvət insanı doğrudanmı qudurdur, lovğa, ədalətsiz,oğru edir?  
 

Halal zəhmətlə o dərəcədə varlı olmaq mümkün deyil ki, baş çönə lovğalanasan, cəlladlaşa, ədəbsizləşə, əxlaqsızlaşasan. Böyük varı təbii ki, iribuynuzlu oğrular, ədalətsiz məmurlar, əxlaqsızlar, girənlər, satqınlar əldə edər. Onlar isə yoxsulluqda da həmən haqsız, əxlaqsız, oğru, cani, dələduz idilər.

Ədalətli, zəhmətkeş insan nə əl bacarığına, nə qol gücünə, nə də, istedadı, elmi, nəcib zehni ilə milyoner, milyarder ola bilməz. Olanı da dövlətlər edir milyoner, dövlətə verdiyi çox böyük kəşflərinə, faydalarına görə. Bir kimsə nə sənət sahibi olur olsun, müəyyən dələduzluqlar, şişirtmə qiymətli xidmət eləməsə böyük vara sahib ola bilməz. Pikasso özü deyirdi ki, mən səy, görməmiş, cahil Avropa varlılarının lovğalığından, havapərəstliyindən, dəbdəbə, kübarlıq düşkünlüyündən istifadə edib onlara gic-gic rəsmlər sırıdım və varlandım. Onların sənətdən qandıqları qrafa yox idi, ancaq öz maymağ, cahil aləmlərində "dərin sənət biliciləri, sənətşünaslar, dəyərli sənət əsərləri kolleksionerləri" idilər. Bu işdə mənə dələduz sənət əsərləri alverçiləri, kolleksionerləri çox böyük yardım etdilər. İşlərimi baha da olsa alıb 2 qat, 4 qat bahasına sırıyırdılar.

Müəllif: Tələt Mərdi Həqq 

Paralel.az 

0.01612401008606