Erməni politoloq: “Xaçatryan Paşinyanın hakimiyyət formasını dəyişmək qərarından dərhal sonra gedəcək”

Erməni politoloq: “Xaçatryan Paşinyanın hakimiyyət formasını dəyişmək qərarından dərhal sonra gedəcək”
 

Paralel.az xəbər verir ki, politoloq Suren Surenyants Ermənistan prezidentliyinə namizəd Vaaqn Xaçatryanın baş nazir hökumətin formasını dəyişmək qərarına gələn kimi istefa verəcəyini deyib: “Vaaqn Xaçatryan bir neçə səbəbdən baş nazir seçilib. O, hakim siyasi komandanın üzvüdür, açıq şəkildə Nikol Paşinyana sadiqdir, Paşinyanın ətrafının mümkün namizədləri arasında cəmiyyət tərəfindən nisbətən müsbət qarşılanır.
Xaçatryanın Paşinyana sədaqətini nəzərə alaraq, o, hər an - yarı-prezident sisteminə keçid zərurəti yaranan kimi bu postu tərk etməyə hazır olacaq.
Prezidentliyə namizədliyinin irəli sürülməsi onun üçün gözlənilməz olduğu kimi, istefa da Xaçatryan üçün gözlənilməz olacaq. O, bu postda nə qədər qalacağını bilmir”.
Nigar

0.012644052505493