Avstryalilar məcburi peyvənd ediləcək

Avstryalilar məcburi peyvənd ediləcək
 

Avstriya Federal Şurası 18 yaşdan yuxarı sakinlər üçün məcburi koronavirus peyvəndini tətbiq edən qanunun qəbuluna səs verib.

Paralel.az TASS-a istinadən xəbər verir ki, Parlamentarilərin səsverməsi Avstriya hökumətinin bu qanunvericilik təşəbbüsünün müzakirəsindən sonra baş tutub. Layihənin lehinə 47 deputat, əleyhinə 12 deputat səs verib. Ümumilikdə 61 deputatdan 59-u səs verib.

Qanun respublika prezidenti tərəfindən imzalanmalıdır. O, yalnız federal qanunlar reyestrində dərc edildikdən sonra qüvvəyə minə biləcək.
Akif Nəsirli

0.012389183044434