ABŞ-ın dövlət borcu 30 trilyon dolları keçib

ABŞ-ın dövlət borcu 30 trilyon dolları keçib
 

Paralel.az xəbər verir ki, ABŞ-ın dövlət borcu ilk dəfə 30 trilyon dolları ötüb.

Bunu ABŞ Maliyyə Nazirliyinin məlumatları sübut edir.

İdarənin hesabatında “Cəmi dövlət borcu” qrafasında 30,012 trilyon dollar məbləğində vəsait göstərilir.

Oktyabr ayında ABŞ prezidenti Co Bayden ölkənin milli borcunun tavanını 480 milyard dollar artıran qanun layihəsini imzalayıb.
Akif Nəsirli

0.011394023895264