İcra başçıları dəyişən rayonların məmurları faizə pul axtarırlar...

İcra başçıları dəyişən rayonların məmurları faizə pul axtarırlar...
 

İcra başçısına "xoş gəldin" demək üçün bir ətək pul lazımdı

Məlumdir ki, cənab Prezident Suraxanıya, Beyləqana və Qusara yeni icra başçıları təyin edib.

Ümumiyyətlə, rayonlara yeni icra başçısı təyin olunanda həmin rayonların məmurları icra başçısına "xoş gəldin" gəlməsi Azərbaycanda adət halını alıb.

Məsələn, Beyləqan rayon icra hakimiyyətinin başçısı təyin olunmuş Əziz Əzizova "xoş gəldin" deməyə əli boş da getmək olar. Çünki Ə. Əzizov Beyləqandan əvvəl 12 il Cəlilabadda, Yasamalda və 5 ilə yaxın da Suraxanı rayonunda icra başçısı kreslosunda əyləşib.

Hesab edirəm ki, Beyləqanda çalışan idarə, təşkilat və müəssisə rəhbərləri vəzifədə qalmaq üçün bankdan kredit götürüb Asif Ağayevə verdikləri pulun faizini hələ ödəyib qurtarmayıblar. Bu məmurlar əgər bu dəfə də icra başçısına rüşvət vermək üçün bankdan kredit götürsələr, çox çətin olacaq.

Yeni icra başçısı təyin olan digər rayonlardan xəbər gəlməsə də, artıq Beyləqanda çalışan məmurlar zəng edib deyirlər ki, bəlkə faizə pul verən bank işçisi tanıyasınız?..

Paralel.az

0.0083470344543457