Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir - Şalva Papuaşvili: 

Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir - Şalva Papuaşvili: 
 

Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir. Son proseslərin təhlili və araşdırmalar bunu deməyə əsas verir.

Paralel.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə deyib.

“Bəzi analizlər və müşahidələr göstərir ki, xaricdən maliyyələşən qüvvələrin xarici donorların köməyi ilə qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqları davam edir. Bu, 2020-ci ildəki dövlət çevrilişi cəhdinin təkrarı olacaq. Belə cəhdlər oktyabrın 27-də gözlənilir”, - deyə Gürcüstan parlamentinin sədri bildirib.

0.0075719356536865