İrəvan Bakının tələbini yerinə yetirib
Ermənistan danışıqlar prosesində Azərbaycan həbsxanalarında saxlanılan erməni cinayətkar və terrorçuların sülh müqaviləsinə daxil edilməməsi şərtini qəbul edib.
Paralel.az xəbər verir ki, bu barədə erməni mediası "Hraparak" yazır.
Nəşrin yazdığına görə, Azərbaycan tərəfi Xankəndidə saxlanılaraq həbs olunan şəxslərlə bağlı öz etirazını bildirib, Paşinyan da buna razılaşıb.
"Paşinyan, əslində, özünü lazımsız başağrısından xilas edib", - nəşr yazıb.
Məsələ ilə bağlı mövqeyini açıqlayan erməni deputat Ovik Ağazaryan deyib ki, Azərbaycan tərəfi onları məhbus kimi qəbul etmir, əksinə, Araik Arutyunyan və Ruben Vardanyanı konstitusiya quruluşunu devirməkdə ittiham edir.
Ağazaryan hesab edir ki, bu məsələyə anlayışla yanaşmalıdır: "Əgər məhbuslar məsələsi danışıqlara daxil edilsə, sülh gündəmi dalana dirənəcək".