Bu biabırçılığa kimlər cavab verəcək? Kimdən hesabat və məsuliyyət tələb olunacaq?"

Bu biabırçılığa kimlər cavab verəcək? Kimdən hesabat və məsuliyyət tələb olunacaq?
 

Adi bir yağış əsas magistralı, Prezidentin hərəkət trayektoriyasına daxil olan yolu da bağlayırsa, artıq nədən danışırıq?!

Bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, Heydər Əliyev prospekti Prezidentin daimi istifadə etdiyihərəkət trayektoriyasına daxil olan strateji əhəmiyyətli bir magistraldır: "Bu yolun hər qarışı daim nəzarət altındadır. Amma adi bir yağışla həmin yol bağlanıb, kritik vəziyyət yaranıb. İndi bir anlıq təsəvvür edin ki, Prezident harasa getməlidir və əsas marşrut bağlıdır. Bu dəfə isə yol təhlükəszilik xidməti tərəfindən, "trass əməliyyatı" ilə deyil,  adi bir yağış səbəbindən bağlanıb. Xoşbəxtlikdən, aeroporta ikinci bir magistralımız var. Bu problem nə şəhərin ətrafında, nə də hansısa bölgədə baş verib. Necə deyərlər, Magistral N1-də, cəmi bir neçə il öncə yenidən qurulmuş, drenaj və kanalizasiya sistemləri ilə təchiz edilmiş mərkəzi yolda baş verib. Demək ki, buraxılan səhvlər, plansızlıq və düzgün olmayan qərarlar nəticəsində bu cür kritik vəziyyətlə üz-üzəyik. Bir yandan da COP29 tədbiri yaxınlaşır, bu infrastruktur fəlakəti həmin vaxt da baş versə, biz buna hazırıqmı? Kimdir günahkar? Bu biabırçılığa kimlər cavab verəcək? Kimdən hesabat və məsuliyyət tələb olunacaq?"

0.099070072174072