"Deyirlər ki, qadın güclənsə, boşanacaq, bəsdirin!" - Mehriban Zeynalova
Cəmiyyətdə qadınlarla bağlı yanlış təbliğat aparılır.
Paralel.az xəbər verir ki, bunu “Təmiz Dünya” qadınlara yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O, sözlərinə belə davam edib:
“Qadınlarla bağlı yanlış təbliğatlardan biri də, qadınların iqtisadi güclənməsi ilə bağlı qoruxuların təşviqidir. Belə bir fikir formalaşdırırlar ki, qadın iqtisadi azad və ya güclü olsa, boşanacaq.
Ölkədə bir yox, minlərlə qadın tanıyıram ki, iqtisadi cəhətdən azaddır, güclüdür, lakin həyat yoldaşına böyük hörmətlə yanaşır, ailəsi daha möhkəmdir.
Bəsdirin, bu qadınları amorf varlığa çevridiniz”.