Mətxəbində siçovul gəzən restoran bağlandı

Mətxəbində siçovul gəzən restoran bağlandı
 

Mediada yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus "Biblioteka" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Paralel.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

"Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - rəsmi məlumatda bildirilib.

 

0.016812801361084