Qida Sənayesi Kollecinin direktoru niyə məhz Sevinc Həmzəyeva təyin olunub?

Qida Sənayesi Kollecinin direktoru niyə məhz Sevinc Həmzəyeva təyin olunub?
 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə
Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə direktor təyin olunub.

Sevinc Həmzəyeva xeyli vaxt idi ki, Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdı. Qida Sənayesi Kollecində isə tərbiyə işləri o qədər də yaxşı deyil.

Belə olan halda, hər kəsdə təbii sual yaranır ki, bəs Qida Sənayesi Kollecində tərbiyə işləri yaxşı deyilsə, bu sahə üzrə direktor müavini işləyən Sevinc Həmzəyeva nə üçün Kollecə direktor vəzifəsinə təyin olunub?

Deməli, Elm və Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi çox ciddi səhvə yol verərək Qida Sənayesi Kollecinə direktor təyin etdiyi Sevinc Həmzəyevanın rəhbərlik etdiyi tərbiyə işlərinin vəziyyətilə heç maraqlanmayıb. Bu da təyinatın rüşvət əsasında aparılmasına şübhələr yaradır...

Paralel.az

 

0.0079379081726074