Sabah qeyri-iş günüdür? - AÇIQLAMA
18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək.
Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı fərqli fikirlər dolaşır.
Paralel.az metbuat.az-a istinadən xəbər verir ki, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayram sayılır. Yəni sabah iş günüdür.
Qeyd edək ki, 18 oktyabr 2021-ci ildən etibarən "Dövlət Müstəqilliyi Günü"nün adı dəyişdirilərək "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir.