XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici mətbuatda dərc edilən Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.
Paralel.az xəbər verir ki, XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.
"Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub", - o vurğulayıb.(APA)