Universitetlər və əmək bazarı arasındakı boşluq: Kadr hazırlığı problemi

Universitetlər və əmək bazarı arasındakı boşluq: Kadr hazırlığı problemi
 

Ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun kadr hazırlamaması, ölkələrin iqtisadi və sosial inkişafına əhəmiyyətli dərəcədə mane olur. 2021-ci ildə Dünya İqtisadi Forumu tərəfindən yayımlanan hesabatda qeyd edilir ki, qlobal miqyasda universitet məzunlarının 53%-i təhsil aldıqları ixtisas üzrə iş tapmaqda çətinlik çəkir. Bu, təhsil ilə iş dünyası arasındakı boşluğun getdikcə genişləndiyini göstərir.

Azərbaycanda da vəziyyət oxşardır. 2020-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ali təhsilli gənclərin yalnız 64%-i məzun olduqdan sonra bir il ərzində ixtisaslarına uyğun iş tapıb. Bu, ali təhsil müəssisələrinin əmək bazarının real tələblərinə cavab verməyən kadrlar hazırladığını göstərir. Əmək bazarının sürətlə dəyişən tələbləri, universitetlərin müasir peşə və texnoloji bacarıqlara fokuslanmasını tələb edir, lakin bir çox təhsil müəssisəsi ənənəvi tədris metodlarından çıxmaqda ləng qalır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-cu il hesabatında qeyd edilir ki, ali təhsil müəssisələrinin proqramlarının əmək bazarına uyğunlaşdırılmaması, gənclərin işsizlik riskini artırır. Azərbaycanda da əmək bazarının tələblərinə uyğun kadr hazırlama sahəsində ciddi islahatlar aparılmalı və universitetlər müasir iş dünyası ilə daha sıx əməkdaşlıq etməlidir.

Kamran Əsədov, Təhsil eksperti 

Paralel.az 

0.017198085784912