Beyləqana başçı təyin edilən Əziz Əzizovun DOSYESİ

Beyləqana başçı təyin edilən Əziz Əzizovun DOSYESİ
 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bugünkü sərəncamları ilə Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və o, Beyləqana başçı göndərilib.

Paralel.az Ə.Əzizovun dosyesini təqdim edir:

Beyləqan rayonuna icra başçısı təyin olunan Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.

M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib.

1985–1986-cı illərdə tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsini icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifəsində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə, əsasən dəri biznesilə məşğul olub. Bəzən ona xalq arasında "Dəri Əziz" də deyirlər.

2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olub.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

0.011909008026123