Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə 3 Kollecə yeni direktorlar təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə 3 Kollecə yeni direktorlar təyin olunub
 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Qeyd edək ki, Şəhriyar Laçınov bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil menecmenti/Təhsil və insan inkişafı” istiqaməti üzrə almışdır. 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı Şəhriyar Laçınov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.

Davud Davudov Milli Aviasiya Akademiyasında “Hüquqşünas” ixtisası üzrə təhsil almış və 2018-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Davud Davudov müxtəlif notariat kontorlarında aparıcı mütəxəssis, vəkil bürosunda hüquqşünas vəzifəsində çalışıb. O, 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyətini davam etdirib.

Sevinc 1Həmzəyeva isə 2005-ci ildə Bakı Qızlar Universitetinin Tarix və ictimaiyyət ixtisası üzrə bakalavriat təhsili alıb. O, Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi, Bakı Qida Sənayesi Kollecində tarix müəllimi, şöbə müdiri və direktor müavini vəzifələrini icra edib.

Sevinc Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Paralel.az

0.008249044418335