Elmdən faydalanan xalq - Dos. İlham Əhmədov 

Elmdən faydalanan xalq - Dos. İlham Əhmədov 
 

Elm və təhsildən faydalanan xalq firavan yaşayar (Konfusiy)

Elm bəşəriyyətin inkişafında daim lokomatıv rolunu oynamışdır. Bu gün-biliyə əsaslanan iqtisadiyyat dövründə elm iqtisadi inkişafın çox mühüm amilinə çevrilmişdir.
Son illər ölkələr arası rəqabət özünü elm, texnologiya və təhsil sahəsində daha kəskin formada büruzə verir. Xüsusən, Çində elmin inkişafı geniş vüsət almışdır. Əslində tarixən Çində təhsilə və elmə daim yüksək dəyər vermişlər.
Hələ 2500 il əvvəl Konfusinin xalqın və dövlətin inkişafında elm və təhsilin əhəmiyyəti barədə söylədiyi fikir, təəssüf ki, bu gün də bəzi ölkələr tərəfindən tam dərk edilməyib. Əbəs yerə məlum hədisdə deyilməyib ki, "Elm Çində olsa belə, onun dalınca gedin".
Çində bu gün 90 milyon alim və mühəndis elm və texnologiya sahəsində fəaliyyət göstərir.
Çində elmin illik büdcəsi 480 milyard $. Bu ÜDM-in 2,6 %-dir (bizdə bu rəqəm 0,1 % civarındadır, yəni, kiçik ÜDM-in də cüzi hissəsi).
Çində elmə ayrılan büdcə ildə 10 % artır.
Dünyanın TOP-500 Elmi Tədqiqat Mərkəzi (ETM) siyahısında Çin 130 ETM ilə təmsil olunub.
ABŞ TOP-500 ETM siyahısında 134 ETM ilə təmsil edilib.
TOP-500 ETM siyahısında ilk onluqda Çinin 7 ETM var.
ABŞ-ın elm büdcəsi ÇİN-dən elmi büdcəsindın dəfələrlə çoxdur. Amma
Çin alimləri ABŞ alimlərindən daha məhsullardır.
RF-da 330 min alim var. Bu son 30 ildə ən aşağı rəqəmdir. Bu rəqəm Çində olan alimlərin sayından 270 dəfə azdır. RF-da əhalinin hər 10000 nəfərinə düşən alim sayı Çindəkindən 20 dəfə azdır (bizdə də bu rəqəm çox azdır).
Rusiyada hər alimə dövlətin ayırdığı pul Çində hər alimə ayrılan puldan daha azdır.
Rus elminin büdcəsi 8,5 milyard $. (hərbi tədqiqatların bura daxil deyil.)
TOP-500 ETM siyahısında ilk 50-likdə rusların ETM yoxdur.
Bu müqayisələr Çində elmə çox yüksək dəyər verildiyini, məhz bu istiqamətdə ölkənin, onun iqtisadiyyatının sürətli inkişaf etdiyi aydın hiss edilir.
Eyni zamanda RF son 30 ildə elmə ilbəil daha az diqqət yetirdiyi üçün bir çox elmi, texniki və texnoloji istiqamətlərdə tənəzzül etmişdir. Amma 50 il əvvəl sovet elmi Çin elmindən xeyli güclü idi.
SSRİ-nin tənəzzülü onun elm və təhsilinin tənəzzülü ilə başladı.
Çinin inkişafı da onun elm və təhsilinin inkişafı ilə başladı. Çin təhsilində sovet təcrübəsindən geniş istifadə edilmişdir.

Elmə dəyər verən ölkələr sırasında xüsusən Yaponiya, Cənubi Koreya, İsrail, Almaniya, Fransa, İngiltərə və Kanadanı da qeyd etmək olar.
Son illər islam ölkələrində də elmin inkişafı hiss edilir. Xüsusən, İran və Türkiyənin nailiyyətlərini qeyd etmək olar (50 il əvvəl Azərbaycanda elm və təhsil Türkiyə və İrandan yüksək idi, indi onlardan ciddi şəkildə geridəyik).
Bəzi ərəb ölkələri də bu istiqamətdə fəallaşıblar.

Bu ərəfədə TN-nin ETN-ə transformasiya olmasının 2 ili tamam oldu.
Bu inteqrasiyanın ölkədə elm və təhsilin inkişafına müsbət təsiri hiss oldunumu?
ETN-nin bu gün ölkə elminin inkişafı üzrə hər hansı strategiyası varmı?
ETN Ölkənin elm və texnologiya sahəsində inkişaf strategiyasını nə vaxt hökumətə təqdim edəcək ?

Qarabağdakı Zəfərdən sonra elm, təhsil, texnologiya və innovasiyalar sahəsində də ciddi inkişafa nail olmalıyıq. Bu sahələrdə inkişaf etmiş ölkələrdən geriliyimiz on illərlə ölçülür. Hətta artıq Ermənistandan da bəzi məsələlərdə geridəyik.
2023-cü ildə Ermənistan startapların inkişafına 120 milyon $, biz isə cəmi 2 milyon $ investisiya qoymuşuq. Bu müqayisə çox şey deyir. Belə getsə, qonşu dövlət yaxın illərdə elm, təhsil və texnoloji inkişaf sahəsində, deməli həm də hərbi və iqtisadi sahədə bizdən çox irəlidə olacaqdır. Bu isə çox narahatedici proqnozdur.
Bu strateji sahələrin inkişafı bizim üçün sözdə yox, əməldə prioritet olmalıdır. Bunun üçün isə, bu sahədəki bir çox məsələlərə yenidən baxmalıyıq.

Paralel.az 

0.011958122253418