İngilis polisi sabiq prezidentin xanımının pulunu oğrulayıb

İngilis polisi sabiq prezidentin xanımının pulunu oğrulayıb
 

Türkiyənin sabiq prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrünisə Gül İngiltərə səfəri zamanı oğurluq hadisəsinə məruz qalıblar.

Paralel.az xəbər verir ki, hadisə Türkiyənin sabiq Abdullah Gül və həyat yoldaşı Hayrunisə Güllə birlikdə Oksford İslam Araşdırmaları Mərkəzinin idarə heyətinin iclasında iştirak etmək üçün İngiltərəyə səfəri zamanı baş verib. 

Gül ailəsi Türkiyəyə geri dönərkən ingilis polisi hava limanında Gülün həyat yoldaşının əşyalarını bir neçə dəfə yoxlayıb.

Abdullah Gül bu vəziyyətə bir neçə dəfə cavab verib və ola biləcək münaqişədən qaçan cütlük tez bir zamanda təyyarəyə minmək istəyib. Sonradan Gülün həyat yoldaşının çantasında pul zərfləri yoxa çıxıb.

Bu fakt Abdullah Gülün mətbuat katibi Birol Avşar tərəfindən təsdiqlənib.

Avşar bildirib ki, hadisə 13 sentyabrda Gül ailəsinin İngiltərədən ayrıldığı zaman hava limanında baş verib. Zərflərın içində sterlinq və avro olub. O əlavə edib ki, hadisə ilə bağlı Böyük Britaniya və Türkiyə səfirlikləri maraqlanır.

0.019636869430542