"İsrailin yerində olsaydım, bunu etməzdim" - Bayden

 

ABŞ Prezidenti Co Bayden İsrailə İranın yanacaq istehsal edən obyektlərini vurmamaq barədə xəbərdarlıq edib.

Paralel.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Bayden, İsrailin İranın hücumuna necə cavab verəcəyi ilə bağlı hələ ortaq məxrəcə gələ bilmədiyini deyib. 

Bu məsələ hələ də müzakirə olunur. Mən onların yerində olsaydım, neft yataqlarına zərbə vurmaqdan başqa imkanları nəzərdən keçirərdim",-deyə Bayden bildirib.

Qeyd edək ki, İsrail çərşənbə axşamı Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq Tehranın ballistik raket hücumuna cavab variantlarını nəzərdən keçirir.

0.01601505279541