Norveç cənnəti və onun paralel gücü
Skandinaviyadan olan iqlim ekspertlərinin hər birinin çıxışı üzrə ayrıca yazılar yazacam. Bu dəfə Norveç dövlətinin alternativ enerji sahəsində həyata keçirdiyi tədbirlər və onun nəticələrinə toxunacam. Qlobal iqlim dəyişikliklərinə pozitiv tövhəvermə yolunda bu ölkənin nəticələri doğrudan da düşündürücüdür.
Norveçlə bağlı məruzəçi bu dövlətin Xarici İşlər Nazirliyinin yaşıl keçid üzrə xüsusi müşaviri cənab Per Strand Şosta Norveçin yaşıl modelinin əsas elementlərinə toxundu. O, 2023-cü ildə Xarici İşlər Nazirliyində yaşıl keçid üzrə xüsusi müşavir vəzifəsinə təyin edilib və fəaliyyəti xüsusilə enerji, iqlim, sənaye və kritik minerallar üzrə beynəlxalq əməkdaşlıq məsələlərinə fokuslanıb.
Bilirsiniz ki, dövlət quruluşuna görə Norveç parlament formasında idarəetm üsluna görə konsutitsiyalı monarxiyadır. İqtisadi sahədə, xüsusilə alternativ enerji sahəsində Norveç çox mühüm uğurlara imza atıb.
Norveç 2030-cu ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyib. Norveç bununla qlobal iqlim dəyişikliklərinə mühüm tövhə verdiyinə dair bunu öhdəliyə sadiqliyini ifadə edir.
Norveç təşviqlər və infrastrukturla dayanıqlı nəqliyyata keçidə, emissiyanın azaldılmasına və hava keyfiyyətinin yaxşılaşdırılmasına tövhə verir. Norveç həmçinin enerjiyə qənaət edən binalara və ağıllı şəhər planlamasına önəm verir.
Bərpa olunmayan enerji mənbələri hesabına daha mühüm yol qət Norveç hökuməti bərpaolunan enerji istehsalında qlobal liderlərdən birinə çevrilib. Bu resurs ölkəsi üçün fenomenal haldır.
Bildiyiniz kimi hidroenergetika - yaşıl enerjinin onurğa sütunu adlanır. Norveçin yaşıl enerjisinin tacı hidroenergetikadır. Bol yağıntıları və geniş bəndlər şəbəkəsi sayəsində Norveç elektrik enerjisinin 95 faizindən çoxunu su elektrik stansiyalarında istehsal edir. Bu təmiz və etibarlı enerji mənbəyi bir əsrdən artıqdır ki, Norveçin enerji istehsalının təməl daşıdır. Halbuki ölkə içməli sudan 100 faiz asılıdır.
Norveç 2030-cu ilə qədər karbon emissiyalarını 1990-cı illə müqayisədə ən azı 55 % azaltmağı hədəfləyir. Bu hədd karbon neytralllığına nail olmaq üçün yetərli hesab olunur. Bərpaolunan enerji, elektrik nəqliyyatı və dayanıqlı sənaye sahələrinə investisiya qoymaqla Norveç daha yaşıl gələcəyə yol açır.
Norveç bununla qlobal iqlim dəyişikliklərinə mühüm tövhə verdiyinə dair bunu öhdəliyə sadiqliyini ifadə edir. Norveç təşviqlər və infrastrukturla Norveç dayanıqlı nəqliyyata keçidə, emissiyanın azaldılmasına və hava keyfiyyətinin yaxşılaşdırılmasına tövhə verir. Norveç həmçinin enerjiyə qənaət edən binalara və ağıllı şəhər planlamasına önəm verir.
Alternativ enerjiyə üstünlük verən Norveçdə elektrik istehsalının
98 faizdən çoxunu su və külək enerjisi təşkil edir. Resurs üstünlüyü ilə yanaşı ölkə ona paralel güc də formalaşdıra bilib.
Neft ehtiyatları və onun yaratdığı avantajlar bu ölkəni arxayın salmayıb. Resurs bolluğu bu ölkəni tənbəlləşdirə də bilməyib.
Necə deyərlər, sağ əlləri bizim başımıza...
İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı
Paralel.az