"Azərenerji" ASC-nin prezidentinə
ŞİDDƏTLİ TÖHMƏT VERİLDİ - Sərəncam

 

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Paralel.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

0.022738933563232