Rusiyalı məşqçi terrorçuluqda ittiham olunub

Rusiyalı məşqçi terrorçuluqda ittiham olunub
 

Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişiri İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.

Paralel.az xəbər verir ki, Moskvanın Şerbinski Rayon Məhkəməsi İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.

Məşqçinin Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu olduğu bildirilir. Bundan əlavə, İsmətzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.

Şəxs terrorçuluq fəaliyyətinə sövq etmək və cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.

 

0.0089049339294434