Tarif Şurası özünün qiymət artımını belə “əsaslandırıb” - Iqtisadçı ekspert
Benzinin və dizel yanacağının qiymətləri artırıldı. İctimai nəqliyyatda da analoji artımlar oldu. Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Tarif Şurası özünün qiymət artımını belə “əsaslandırıb”: “... dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır.” Gəlin, təkcə bu əsaslandırma üçün istifadə olunan bu arqumenti təhlil edək.
Ölkəyə idxal olunan gömrük rüsumlarının yüksəldilməsindən böyük gəlirlər əldə olunur. Əgər ekologiyaya tullantıları azaldılması və ya onun riskyaradıcı təsirini neytrallaşdırmaq istəyirsinizsə, ölkəyə “leş” avtomobillərin rüsumların daha da artırıb, ekoloji standartlara cavab verən avtomobillərin idxalını əvvəlcədən azaldırsan.
O zaman görəcəksiniz ki, ölkədə ekologiyaya tullantıların miqdarının azalması fonunda ona paralel avtomobil parkı da yenilənib.
Amma siz elə etmirsiz axı...
Birinci növbədə gömrük rüsumları vasitəsilə dövlət büdcəsinə milyardlarla pullar qazandırırsınız və büdcəni asan pul qazandırmaq yolu göstərməklə tənbəlləşdirisiniz. Vətəndaşın yüksək rüsumları ilə büdcənin daxilolma mənbələrini yaradırsız.
Buna paralel olaraq avtomobil parkını daha da köhnəldirsiniz, sonra isə dizel yanacağının qiymətlərin artırıb həmin “leş” avtomobilləri guya ölkədən çıxarmaq istəyirsiniz. Son ildə bu istiqamətdə yalnız elektriklə işləyən avtomobillərlər bağlı təşviq avtomobil parkı ilə bağlı xüsusi istisna təşkil edir.
Dizellə işləyən avtomobillər üçün qiymət artımları ən yaxşı halda ekologiyaya tullantıların artmasına öz “tövhəsini” vermiş avtomobillərin əldəyişməsinə səbəb olursuz. İkinci əl avtomobil bazarında bir az qiymət oynamasına rəvac verirsiniz.
Bunun analogiyası bilrsiniz, nədir?
Birinə 10 manat verib quyu qazdırısınız, sonra da başqa birisinə isə 10 manat verib həmin quyunu torpaqla doldurursunuz. Sonra da deyirsiz ki, iş görürəm və iqtisadiyyatın “mühərrikin” çalışdırıram.
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitunun rəhbəri.
Paralel.az