Məlikov Ukrayna savaşına gedir: "Xəzər"ə rəhbərlik edəcək

Məlikov Ukrayna savaşına gedir:
 

Dağıstandan olan “Xəzər” könüllü batalyonuna respublikanın Rusiya prezidenti yanında daimi nümayəndəsinin müavini Təbir Məlikov rəhbərlik edəcək.

Paralel.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov iyunun 21-də keçirilən “Dövrümüzün qəhrəmanları” konfransında deyib.

"Təbir Məlikov xüsusi hərbi əməliyyat zonasında iştirak etmək üçün mənə müraciət etdi. O, polkovnikdir, alay komandiri olub, böyük iş təcrübəsi var. İndi hərbi komandanlıqla birlikdə onun müqavilə müddəti başa çatmış komandirin əvəzinə "Xəzər" batalyonunun komandiri vəzifəsinə təyin edilməsi məsələsinə baxırıq", - o bildirib.(Axar.az)

 

0.014978170394897